“Messi yenə dünyanın ən yaxşısı olacaq”
“Brayton”un və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister milli komanda yoldaşı və PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.
Komanda.az xəbər ki, Makallister, Messinin əla fiziki formada olduğunu deyib:
“Ümid edirəm ki, Messi milli komandada oynamağa davam edəcək. Təbii ki, onu 2026-cı il dünya çempionatında görürəm. O, yenə dünyanın ən yaxşısı olacaq. Leo peşəkardır, əla fiziki formadadır”.
Qətərdə keçirilən dünya çempionatında Messi Argentina millisinin heyətində 7 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. O, komanda ilə birlikdə 2022-ci il dünya çempionatının qalibi olub. 35 yaşlı argentinalı turnirin ən yaxşı oyunçusu seçilib.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin