“Əvvəllər üç gündən bir oynamırdıq” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçularının fiziki durumunu şərh edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, komandasının son üç rəsmi matçını dəyərləndirib:
“Nə “Leyptsiq”, nə “Nottingem Forest”, nə də “Arsenal”la matçda oyunçularımın yorğunluğunu gördüm. Əvvəllər üç gündən bir oynamırdıq”.
“Şəhərlilər” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 52 xalla ikincidir. 25-ci turda “Mançester Siti” “Bornmut” səfərinə yollanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin