“Onlar ilk hissədən qətiyyən razı deyildilər” – Gündoğan
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan UEFA Çempionlar Liqasının 1/8 finalının “Leyptsiq”lə oyununu (1:1) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan razı qaldığını vurğulayıb:
“Oyun ərzində çoxlu qol şansları yaratdıq. Görüşün taleyini fasilədən öncə həll edə bilərdik. Oyundan razı qaldım. Rəqibin fasilədən sonra daha inamlı çıxış edəcəyini bilirdik.
Onlar matçın ilk hissəsindən qətiyyən razı deyildilər. Daha çox təzyiq göstərəcəklərini başa düşürdük. Lakin müdafiədən çıxarkən topu itirməyə başladılar”.
“Mançester Siti” – “Leyptsiq” cütünün cavab oyunu martın 14-də, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin