Super Liqa klubunda ayrılıq – Braziliyaya qayıtdı
“Antalyaspor” hücumçusu Luis Adriano ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Braziliya milli komandasının sabiq üzvü ölkəsinə qayıdıb.
35 yaşlı oyunçu yetirməsi olduğu “İnternasional”la anlaşıb. O, köhnə-yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.
Adriaono 2022-ci ilin əvvəlindən oynadığı “Antalyaspor”da 38 oyuna 8 qol vurub. O, karyerası ərzində “Şaxtyor” (Donetsk, Ukrayna), “Milan”, “Spartak” (Moskva) və “Palmeyras” kimi klublarda da forma geyinib, Braziliya yığmasında 4 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin