Mahir Emreli “Konyaspor”da debüt etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubunda debüt edib.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu “Afyonspor”a qarşı yoldaşlıq oyununda iştirak edib.

Mahir oyuna start heyətində başlayıb və ikinci hissədə əvəzlənib.

Oyun Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib. Matç ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Emrelinin Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button