Qvardiola: “Brayton”u unutmamalıyıq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların çempionluq şanslarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, titul uğrunda yalnız “şəhərlilər”in və “Arsenal”ın mübarizə aparmadığını bildirib:

“Mançester Yunayted” və “Nyukasl” da İngiltərə çempionatında iddialıdır. Qarşıda çoxlu oyunlar var. Siyahıda “Tottenhem” də var. Əla performans sərgiləyərək adını daha da qabardan “Brayton”u unutmamalıyıq”.

İngiltərə çempionatının turnir cədvəlinə 51 xala malik “Mançester Siti” və “Arsenal” şərikli başçılıq edir. “Topçular” bir oyun az keçirib.

“Mançester Yunayted” 46 xalla üçüncü, “Nyukasl” 41 xalla dördüncü, “Tottenhem” 39 xalla beşinci, “Brayton” isə 35 xalla altıncıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button