Zəlzələ: “Çelsi”nin sabiq futbolçusu vəfat etdi

“Hatayspor”un futbolçusu Kristian Atsu Hatay vilayətində baş verən zəlzələdə ölüb.

Komanda.az “CNN Türk”-ə istinadən xəbər verir ki, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet məlumat verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını deyib.

“Hatayspor”un meneceri Fatih İlekin sözlərinə görə, afrikalı futbolçu qış fasiləsində komandadan ayrılmaq üçün baş məşqçi Volkan Demireldən icazə istəyibmiş.

O, Atsunun gedişinə icazə verdikdən sonra futbolçu ölkəni tərk etmək üçün təyyarəyə bilet alıb:

“Zəlzələdən 5 saat əvvəl uçmalı idi. Amma 23-cü turda “Kasımpaşa”ya qol vurduqdan sonra fikrini dəyişdi və Hatayda qalmağa qərar verdi”.

Daha əvvəl “Hatayspor”un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı vəfat edib.

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button