Haland Aqueronun rekordunu təkrarladı

“Mançester Siti”nin hücumçusu Erlinq Haland klub rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış oyunda “Arsenal”ın qapısına qol vurmaqla “şəhərlilər”in keçmiş hücumçusu Serxio Aqueronun göstəricisini təkrarlayıb.

Haland cari mövsümdə ölkə çempionatında qollarının sayını 26-ya çatdıraraq buna nail olub. İndiyə qədər rekord 2014/2015 mövsümünü 26 qolla tamamlayan Aqueroya məxsus idi. Haland daha bir dəfə fərqlənsə, “Mançester Siti”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu rekordunu yeniləyəcək. Onun bunu etmək üçün qarşıda 15 oyunu var.

“Mançester Siti”nin “Arsenal”ı səfərdə 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada son qolu Haland vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button