Messinin atası PSJ ilə razılığa gələ bilməyib
Lionel Messi yayda PSJ ilə müqaviləni uzatmaqda tərəddüd edir.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fevralın 15-də argentinalı futbolçunun atası və agenti ilə Paris təmsilçisinin nümayəndələri arasında görüş keçirilib, lakin tərəflər razılığa gələ bilməyib. Qarşıdakı günlərdə yeni görüş olacaq.
Cənubi amerikalı futbolçu Liqa 1 klubundan ayrıldıqdan sonra iki variantı nəzərdən keçirə bilər: MLS təmsilçisi “İnter Mayami”yə keçmək və ya “Barselona”ya qayıtmaq.
Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsümdə paytaxt klubunun heyətində 26 oyuna çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin