Keçmiş günləri yada saldı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınan “Mançester Siti” ilə oyundan öncə açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “şəhərlilər”də çalışdığı dövrü xatırlayıb:

“Rəqib son 6 il ərzində qazandığı bütün uğurlara layiqdir. Oynayır, vuruşur və çətinliklərə qalib gəlirlər. Orada işləyəndə baş məşqçi Pep Qvardiola, ümumiyyətlə, bütün məşqçilər korpusu və futbolçularla birlikdə olmaq mənə çox müsbət təsir göstərdi. Hazırda həmin təcrübədən məşqçilik karyeramda istifadə edirəm”.

Daha sonra ispaniyalı çalışdırıcı “Pep Qvardiolanı məğlub edə biləcəksizmi” sualını cavablandırıb:

“Mənim üçün rəqib məşqçini yox, rəqib komandanı məğlub etmək daha üstündür. Bu isə “Mançester Siti”dir”.

“Arsenal” – “Mançester Siti” matçı bu gün keçiriləcək.

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 51 xalla başçılıq edir. MS isə 48 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button