“Sampdoriya”nın futbolçusu “Beşiktaş”da

“Beşiktaş” heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Qambiya yığmasının və İtaliyanın “Sampdoriya” klubunun müdafiəçisi Omar Kolli ilə güclənib.

30 yaşlı mərkəz müdafiəçisi ilə 2.5+1 illik müqavilə imzalanıb. Türklər bu transfer üçün İtaliya klubuna 2.3 milyon avro ödəyiblər.

Kolli 2018-ci ildən oynadığı “Sampdoriya”da 136 oyuna 3 qol vurub. O, “Genk”, “Yurqorden”, “KuPS”, “Real” (Banjul) və “Uollidan” kimi klubların da formasını geyinib, Qambiya yığmasında 41 matç keçirib.

Yeri gəlmişkən, “Ankaragücü”ndən ayrılan ispaniyalı hücumçu Xese Rodriqes isə karyerasını İtaliyada davam etdirəcək. “Real” və PSJ-nin keçmiş hücumçusu “Sampdoriya”ya keçib. A Seriyası komandası onunla mövsümün sonuna qədər müqavilə imzalayıb. “Sampdoriya” Xeseni azad agent kimi heyətinə qatıb.

Xese bu mövsüm “Ankaragücü”nün heyətində 14 matçda 2 qol vurub.

Xatırladaq ki, Xese Rodrigeslə bu qış fasiləsində Azərbaycanın “Sabah” klubunun da maraqlandığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button