Türkiyə klubu zəlzələdə daha bir futbolçusunu itirdi
Türkiyənin “Kahramanmaraş İstiklal Spor” komandasının daha bir futbolçusu zəlzələnin qurbanı olub.
Komanda.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Hakan Doğan dağıntılar altında qalaraq ölüb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu, “Kahramanmaraş İstiklal Spor”un zəlzələdə dünyasını dəyişən ikinci futbolçusudur. Daha öncə qapıçı Taner Kahriman da dağıntılar altında qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin