Bir mövsümdə ikinci baş məşqçi istefası

Fransa klubu “Monpelye” rəsmi saytı vasitəsilə baş məşqçi Romain Pitau və köməkçiləri Paskal Bayle ilə Frederik Mendinin istefaya göndərildiyini bildirib.

Komanda.az xəbər verir ki, buna səbəb Liqa 1 təmsilçisinin zəif nəticələri olub.

Fransa çempionatının 22-ci turunda “Monpelye” “Strasburq”a uduzub (0:2). Komanda hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Keçən ilin oktyabrında komandadan göndərilən Olivye Dallolyonu müvəqqəti olaraq Romain Pitau əvəz edib. Daha sonra onun baş məşqçi kimi təyinatı rəsmiləşib.

Fransalı mütəxəssisin rəhbərliyi altında “Monpelye” 2 dəfə qələbə qazanıb, 2 dəfə “sülh”ə razılaşıb və 8 dəfə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button