Liderdən növbəti qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci turun oyunları keçirilib. 

Komanda.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan hər iki matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. Həmçinin komandalar meydana qara sarğı ilə çıxıblar. 

Günün ilk matçında “Murov” MOİK-lə üz-üzə gəlib. Matçın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25:23 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası növbəti setdə də üstün olub – 26:24. Üçüncü hissədə toparlanan “Murov” sonrakı setlərdə 25:15, 25:15 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib – 2:2. Həlledici setdə 15:7 hesabı ilə qalib gələn “Murov” görüşün yekun hesabını müəyyənləşdirib – 3:2.

Turun növbəti qarşılaşması “Xarı bülbül” və “Neftçi” klubları arasında olub. Gərgin keçən ilk seti “Neftçi” iki xal fərqi ilə öz xeyrinə başa vurub – 25:23. Bundan sonra təşəbbüsə yiyələnən “Xarı bülbül” ikinci hissədə 25:13 hesabı ilə qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib – 1:1. Sonrakı setlərdə isə “Neftçi” rəqibini 25:14 və 25:23 hesabları ilə üstələyərək meydandan 3:1 hesabı ilə qalib ayrılıb.

Beləliklə, 5 turdan sonra “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. Bu gün ilk xalını qazanan MOİK isə 1 xalla sonuncu pillədir.

Yüksək Liqa
5-ci tur

7 fevral

“Murov” – MOİK 3:2 (23:25, 24:26, 25:15, 25:15, 15:7)
“Xarı bülbül” – “Neftçi” 1:3 (23:25, 25:13, 14:25, 23:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button