“Siftə” etməyib – Sözləşməsi ləğv edilə bilər
“Yuventus” Pol Poqba ilə cari müqaviləni ləğv edə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi fransalı futbolçunu satmaq variantını da nəzərdən keçirir.
O, keçən ilin yayında “Mançester Yunayted”dən “Yuventus”a qayıdıb. Lakin zədə səbəbilə heç bir matça çıxmayıb. Pol Poqbanın “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin