“Qarabağ”ın hücumçusu bombardirlər siyahısında liderdir
Cari mövsümdə Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vuran futbolçular məlum olub.
Komanda.az “Euro Foot” nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı da yer alıb.
Gənc oyunçu 14 qolla Fransanın “Reyms” komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür. İlk üçlüyü “Benfika”dan Qonsalo Ramos (12 qol) tamamlayır.
Musa Qurbanlı 2019-cu ildən “Qarabağ”da oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin