Fransa klubundan 8 milyon avroluq transfer
Fransanın “Loryan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Seneqal yığmasının və “Marsel”in hücumçusu Bamba Dyenqi transfer edib.
22 yaşlı forvard yeni klubu ilə 2,5 + 2 illik müqaviləyə imza atıb. “Loryan” bu transferə görə Marsel təmsilçisinə 8 milyon avro ödəyib.
“Marsel” Bambanı 2021-ci ildə Seneqalın “Diambars” klubundan 400 min avro qarşılığında transfer etmişdi. Hücumçu bu komandada meydana çıxdığı 54 oyunda 11 qol vurub. O, Seneqal yığmasında da 17 oyunda 2 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin