“İnter”in qapıçısı Liqa 1 klubunda
Fransanın “Oser” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Rumıniya yığmasının və İtaliyanın “İnter” klubunun qapıçısı Yonut Radunu heyətinə qatıb.
25 yaşlı qolkiper bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Radu 2013-cü ildən “İnter”in sıralarındadır. Lakin o, Milan təmsilçisində heç vaxt əsas heyət üzvü ola bilməyib. Klubun əsas komandasında cəmi 5 oyun keçirmiş qolkiper, “Avellino”, “Cenoa”, “Parma” və “Kremoneze”də icarədə oynayıb. O, Rumıniya yığmasında da cəmi 2 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin