Liqa 1 klubunda iki yeni futbolçu
Fransanın “Tuluza” klubu heyətini yeni oyunçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi hücumçu Səid Hamuliç və yarımmüdafiəçi Vinsent Sierronu heyətinə cəlb edib.
Hamuliç Polşanın “Stal” (Meleç) klubundan transfer olunub. 22 yaşlı forvardla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Bu transfer üçün Polşa klubuna 2.5 milyon avro ödənilib. Hamuliç 2022-ci ilin yayından formasını geyindiyi “Stal”da 19 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sierro isə İsveçrənin “Yanq Boyz” klubundan transfer olunub. İsveçrədən olan 27 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. “Sion”, “Frayburq” və “Sankt Qallen”də də oynamış yarımmüdafiəçi 2019-cu ilin yayından uğurları üçün çalışdığı “Yanq Boyz”da 129 oyuna 13 qol vurub.
Bizi Facebook-da izləyin