“Sumqayıt”da ilk braziliyalı futbolçu

“Sumqayıt” dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda “Kolos”un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib.

Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, “Sumqayıt”ın tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button