“Çelsi”dən 35 milyonluq transfer

“Monako”nun müdafiəçisi Benua Badyaşilin İngiltərənin “Çelsi” klubuna transferi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə 7.5 illik müqavilə imzalanıb. “Zadəganlar” bu keçidə görə knyazlıq təmsilçisinə 35 milyon funt-sterlinq ödəyib.

“Monako”nun öz yetirməsi olan mərkəz müdafiəçisi bu klubun əsas komandasında 135 oyuna çıxıb, 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button