Halanddan Premyer Liqada yeni rekord
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland Premyer Liqada bu mövsüm 21-cu qolunu vurub.
Komanda.az xəbər verir ki, norveçli forvard İngiltərə çempionatının 18-ci turunda qarşılaşdıqları “Everton”la oyunda fərqlənməklə yeni rekorda imza atıb.
Belə ki, 22 yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonuna qədər 21 qol vurmağı bacaran ilk oyunçu olub. O, 21 qol həddinə 18 matçda çatıb.
Xatırladaq ki, norveçli futbolçu “Mançester Siti”yə 2022-ci ilin yayında keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin