“Neftçi”nin futbolçusu əməliyyat olunub

“Neftçi”nin futbolçusu Fərid Yusifli əməliyyat olunub. 

Klubdan Komanda.az-a verilən məlumata görə, Yusifli ikitərəfli qasıq yırtığına görə cərrahi müdaxiləyə ehtiyac duyub.

20 yaşlı yarımmüdafiəçi təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button