Qvardiolanın ona ehtiyacı var
“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola komandanın hücumçusu Erlinq Halandın səhhəti haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, norveçli hücumçunun gərgin məşq etdiyini və “Lids”lə oyunda meydana çıxa biləcəyini bildirib:
“Ümid edirəm ki, o, tezliklə aramıza qayıdacaq. Çünki ona həqiqətən, ehtiyacımız var. Gərgin məşq edir. “Lids”lə oyunda meydana çıxa bilər. Liqa kubokunda “Liverpul”a qarşı oyunda çox yaxşı çıxış etdi”.
Haland bu mövsüm İngiltərə Premyer Liqasında 13 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Şəhərlilər” dekabrın 29-da “Lids”lə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin