“Baş məşqçi məni ruhlandırır” – Haverts
“Çelsi”nin yarımmüdafiəçisi Kay Haverts Premyer Liqanın 17-ci turunun “Bornmut”la matçından sonra (2:0) açıqlama verib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan almaniyalı futbolçu baş məşqçi Qrem Potter haqda danışıb:
“Ümid edirəm ki, qazandığımız qələbə və vurulan qollar bizdə özünəinamı artıracaq. Vacib üç xal qazandıq. Lakin bundan sonra dayanmamalıyıq. Qrem Potter mənə meydanda sərbəst hərəkət etməyə icazə verib. Belə oynamaq xoşdur. Baş məşqçi məni ruhlandırır”.
Haverts bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin