“Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə bağladı – Rəsmi
“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Komanda.az kluba istinadən xəbər verir ki, son olaraq Rumıniyanın “Botoşani” komandasında çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Tisdel karyerası ərzində “Hapoel” (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.
Futbolçu 2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirib, 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin