Pirlo Qvardiolanın ofisindəki söhbətdən danışdı

“Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola ilə görüşündən danışıb.

Komanda.az “FourFourTwo”-ya istinadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü, ispaniyalı baş məşqçi haqda danışarkən aşağıdakı fikirləri səsləndirib:

“O, məni ofisinə çağırdı. Hansı oyuna çıxmaq istədiyimi soruşdu. Sonra məni öz komandasında necə görmək istədiyindən danışmağa başladı. Onunla danışmaq və məni “Barselona”nın futbolçuları ilə müqayisə etməsi qürurvericidir”.

Pirlo 2001-2011-ci illərdə “Milan”da çıxış edib. O, 2018-ci ildə futbolçu karyerasını başa vurub, 2020-ci ildə “Yuventus”a baş məşqçi təyin olunub. İtaliyalı mütəxəssis 2021-ci ilin avqustunda “qoca sinyora”nı tərk edib.

Pirlo hazırda Türkiyənin “Fatih Karagümrük” klubunun baş məşqçisi postunda çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button