“Kral Leo Messi” – FOTO
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Argentina milli komandasını və Lionel Messini dünya çempionu olması münasibətilə təbrik edib. Britaniyalı keçmiş futbolçu sosial mediada aşağıdakı sözləri yazıb:
“Kral Leo Messi”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həlledici matçda turnirin ən yaxşı oyunçusu titulunu da qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin