Hakimin üstünə tüpürdü, AFFA-dan 3 oyunluq cəza aldı
AFFA İntizam Komitəsi “Neftçi”nin U-13 komandasının məşqçisi Alim Qurbanovu 3 oyunluq cəzalandırıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun EFA ilə oyunda etdiyi hərəkətlər səbəb olub.
Qurbanov oyunun 30-cu dəqiqəsində meydana daxil olaraq, oyunun rəsmi şəxslərini, baş hakimi təhqir edib. O, bundan əlavə, hakimin üstünə də tüpürüb.
Komanda növbəti iki qarşılaşmasını azarkeşsiz keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin