“Sumqayıt” liberiyalı hücumçu ilə anlaşıb
“Sumqayıt” klubu yeni transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, “kimyaçılar” hücumçu Terrens Tisdellə razılaşıb.
Bir müddətdir klubun düşərgəsində olan 24 yaşlı futbolçu ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
Karyerası ərzində İsraildə “Hapoel” (Petah Tikva), Türkiyədə “Kocaelispor” kimi klublarda çıxış etmiş Tisdell son olaraq Rumıniyada “Botoşani”nin formasını geyinib. O, sentyabrdan azad agentdir.
Cinah oyunçusu 2016-cı ildə debüt etdiyi Liberiya yığmasında 13 oyunda 1 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin