“Mənim məşq qrafikim yoxdur” – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç məşq prosesindən danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, məşqlərə nə qədər vaxt ayırdığını da açıqlayıb:

“Mənim məşq qrafikim yoxdur. Lazım olduğunu hiss etdiyim an məşq edirəm. Özümü yaxşı və məmnun hiss edənə qədər bu davam edir. Bu, gündə bir neçə saat təşkil edir. Mən dəqiq bilirəm ki, yaxşı işləsən, bəhrəsini görəcəksən”.

41 yaşlı isveçli forvard yanvarın sonuna kimi zədəsini sağalda bilər. O, zədə səbəbindən 2022/23 mövsümündə meydana çıxa bilməyib. “Milan”ın hücumçusu may ayında dizindən əməliyyat olunub.

İbrahimoviçin “Milan”la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button