İtaliyalı jurnalistdən DÇ-2022 ilə DÇ-2018-in müqayisəsi
İtaliyalı jurnalist Massimo Franki DÇ-2018-i və DÇ-2022-ni müqayisə edib.
Komanda.az xəbər verir ki, o, Qətərdə keçirilən dünya çempionatının daha rahat olduğunu bildirib:
“Hazırda Qətərdəyəm və görüləsi işim çoxdur. 2018-ci ildə mən Rusiyada keçirilən dünya çempionatında idim. DÇ-2022 daha keyfiyyətli təşkil olunub. Hər şey rahatdır. Qətərdə hər şey Rusiyadakı dünya çempionatından daha yaxşıdır. Təşkilatçılıqdan tutmuş, futbola qədər, burada heç bir problem yoxdur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin