Təxirə salınmış oyunda 6 qol, 2 qırmızı vərəqə

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turdan təxirə salınmış oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında lider “Araz Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” İK ilə qarşılaşıb.

Naxçıvan təmsilçisinin baş məşqçisi Joze Alesio da Silva komandasını matça məhdud heyətlə çıxarıb. Belə ki, 5 futzalçı ilə vidalaşan “Araz Naxçıvan” 2-si qapıçı olmaqla ümumilikdə 8 nəfərlə mübarizə aparıb. Anderu Varqas zədəli, Fərid Ələkbərov isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyib. Əjdər Əjdərov, Namiq Məmmədkərimov və Məhəmməd Abbasov isə qarşı tərəfdən oyunu buraxırıb.

Gərgin keçən matçın birinci hissəsində cəmi 1 qol vurulub. Son dəqiqədə Ramiz Çovdarovun ötürməsini Oktay Rüstəmli ünvana yollamaqla hesabdakı tarazlığı pozub. İkinci hissədə “Neftçi” ardıcıl iki qol vurmaqla hesabı lehinə dəyişsə də, üstünlüyünü qoruya bilməyib. Bu azmış kimi, paytaxt təmsilçisinə bir zərbə də Jafaridən gəlib. İkinci sarı – qırmızı vərəqə alan futzalçı 32-ci dəqiqədə meydanı tərk etməli olub. Rəqibin azlıqda qalmasından maksimum istifadə edən “Araz Naxçıvan” yenidən önə keçib. Çovdarovun ötürməsini bu dəfə Ponce dəqiq zərbə ilə tamamlayıb. 35-ci dəqiqədə “Neftçi” yenidən azlıqda qalıb. Bu dəfə İlkin Hacıyev birbaşa qırmızı vərəqə aldığına görə, meydanı tərk etməli olub. Bu dəfə də Katatau azlıqda qalan rəqibi cəzalandırıb.

Bu qələbədən sonra itkisiz irəliləyən lider xal sayını 21-ə çatdırıb.

Yüksək Liqa
4-cü turun oyunu

21 noyabr

Araz Naxçıvan – Neftçi İK 4:2
Qol
: Oktay Rüstəmli, 19:03. Viktor Ponce, 31:15; 32:41. Katatau, 35:59 – Nurlan Mehdizadə, 28:08. Rüfət Balakişiyev, 29:51.
Qırmızı vərəqə: Hasan Ali Jafari, 31:38 (ikinci sarı). İlkin Hacıyev, 34:29.
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Anar Fərəcov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:15.

Xal: Araz Naxçıvan – 21, Baku Fire – 16, Neftçi – 13, Record – 9, Alyans – 3, U-19 – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button