Azərbaycan millisinin keçmiş qapıçısı UEFA-nın komitəsinə üzv seçilib
AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar həmin komitənin iclasında verilib.
Cahangir Həsənzadə 2020-ci ildə AFFA-nın texniki direktorudur.
Azərbaycan yığmasının sabiq qapıçısı karyerası ərzində “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qəbələ” kimi klubların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin