Busketsi məşhur tennisçiyə bənzətdi
Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrike “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunu tennis üzrə “Böyük dəbilqə” turnirinin 22 qat qalibi Rafael Nadalla müqayisə edib:
“Mənim məqsədim Busketsi başqa bir dünya çempionatında oynamağa inandırmaqdır. Zarafat etmirəm, artıq ona demişəm, Nadala bənzəyir.
Onun Federer və Çokoviçlə birlikdə tarixin ən yaxşısı olduğuna, belə qalacağına şübhə varmı? Dünya çempionatında istədiyimiz kimi oynamağı bacarsaq, Buskets dünyada tennis üzrə birinci olan Rafael Nadala çevriləcək”.
34 yaşlı Buskets 2009-cu ilin aprelində milli komandada debüt edib, 139 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib.
İspaniya millisi DÇ-2022-də E qrupunda Almaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq. İspanlar ilk oyununu noyabrın 23-də Kosta-Rika ilə keçirəcəklər.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Bizi Facebook-da izləyin