“Kərim mənə hər gün yeni bir şey öyrədir”

“Real”ın hücumçusu Vinisius Junior komanda yoldaşı Kərim Benzema ilə oyunundan və onunla münasibətdən danışıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Benzemanın ona kömək etdiyini deyib:

“Kərim mənə hər gün yeni bir şey öyrədir. Onun ötən mövsüm olduğu kimi, çox qol vurmasına kömək etmək üçün əlimdən gələni edirəm. O, mənə kömək edən insandır, mən də öz növbəmdə meydanda ona kömək etməyə çalışıram. Kriştiano Ronaldo ilə uzun müddət oynadıqdan sonra komandanın ulduzu olmaq onun üçün çox vacibdir və bu işdə ona kömək etməkdən məmnunam”.

Benzema bir müddət əvvəl ilin ən yaxşı oyunçusuna verilən “qızıl top” mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button