“Düşündüm ki, “Barselona” şirin zarafat edir” – Aquero

“Mançester Siti” və “Barselona”nın sabiq hücumçusu Serxio Aquero Lionel Messi Kataloniya klubundan ayrıldığı zaman yaşadığı hisslərdən danışıb.

Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu, əvvəlcə həmyerlisinin “Barsa”dan gedişinin zarafat olduğunu düşünüb:

“Bütün bunlar baş verəndə mən düşündüm ki, kimsə “Barselona”nın sosial şəbəkə hesabını qırıb. Bunun zarafat olduğunu düşündüm. Mən dostumla idim, birdən o, telefona baxdı və qışqırdı: “Yox! Bu doğrudur!” “Barsa”dan açıqlama olan mətni mənə göstərdi. Dedim ki, bu mümkün deyil. Düşündüm ki, klubun internet saytı sındırılıb və ya, bəlkə, “Barselona” sonra onun qaldığını söyləyəcək, şirin zarafat edir. Gözləmək qərarına gəldim, amma saatlar keçdi və gördüm ki, bəyanat hələ də oradadır”.

Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button