Modriçin sonuncu turniri
Qətərdə keçiriləcək dünya çempionatı “Real”ın 37 yaşlı yarımmüdafiəçisi Luka Modriç üçün Xorvatiya millisi ilə sonuncu turnir olacaq.
Komanda.az xəbər verir ki, “Globo” Modriçdən sitat gətirib:
“Mən artıq müəyyən yaşa çatdığımı və DÇ-2022-nin Xorvatiya millisi üçün sonuncu turnirim olduğunu bilirəm”.
“Real”ın yarımmüdafiəçisi 2006-cı ilin martında milli komandada debüt edib. Modriç Xorvatiya millisində 154 oyunda 23 qol vurub və 24 məhsuldar ötürmə edib. Xorvatlar mundialda Mərakeş, Kanada və Belçika ilə eyni qrupda mübarizə aparacaq.
Qətərdəki dünya çempionatı noyabrın 18-dən dekabrın 20-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin