“Napoli” layiq olmadan qalib gəldi” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 11-ci turunun “Napoli” ilə görüşünü şərh edib. (0:1)

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, “Napoli”nin qalibiyyətini ədalətsiz adlandırıb:

“Oyunçularımı qucaqlayıram, çünki onlar əllərindən gələni etdilər və hesab edirəm ki, məğlubiyyətdən qaçmaq üçün kifayət qədər çalışdılar. Bilirdik ki, kim qolu vursa, qalib gələcək və “Napoli” bunu bacardı. Onları təbrik edirəm, amma onlar layiq olmadan qalib gəldilər. Eyni zamanda, biz də layiq olmadan uduzduq.

Hakim haqda danışmaq istəmirəm, onun yaxşı insan olduğunu düşünürəm. Oyun zamanı xoşuma gəlməyən məqamlar oldu. Oyuna biz nəzarət etdik, lakin ikinci hissənin ortalarında “Napoli” topu ələ keçirdi. Bu bizim yorğunluğumuzdan irəli gəldi. Həftənin ortasında matçımız yox idi, amma yenə də yorğun görünürdük. Uduzmağı xoşlamıram, amma bu gün evə müsbət əhval-ruhiyyə ilə gedirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button