Poqbanın agenti: “O, yeni kuboklar gözləyirdi, amma yox idi”

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın agenti Rafaela Pimenta futbolçunun 2016-cı ildə “Mançester Yunayted”ə qayıtdıqdan sonra yaşadığı uğursuzluqlar haqda danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, Poqbanın özünə qəsdən zərər vermədiyini deyib:

“Poqbaya nə oldu? O, “Mançester Yunayted”i məyus etdi, yoxsa klub onu məyus etdi? Bunlar hamısı yaxşı suallardır.

Poqba “Mançester Yunayted”ə keçəndən sonra, 2017-ci ildə Avropa Liqasının qalibi olub. Zədəli olmadığı vaxtlarda daim komandada oynayıb. O, qəsdən özünə zərər vermədi.

Düşünürəm ki, “Mançester Yunayted” indi də keçid mərhələsini yaşayır. Bu qədər təsirli tarixə malik klub üçün asan deyil. Bu hekayə sonrakı nailiyyətlərə kölgə salır. “Mançester Yunayted”in yenidən qurulması üçün vaxt lazımdır.

Geriyə baxıb düşünə bilərsiz ki, Poqbanın “Mançester Yunayted”dən getməsi düzgün qərar idimi? O, bu seçimi ürəyi ilə edib. O, həqiqətən, “Yuventus”a qayıtmaq istəyirdi, özünü xoşbəxt hiss edirdi. Ona görə də, əminəm ki, bu, düzgün seçimdir. Bəli, o, yeni kuboklar və nailiyyətlər gözləyirdi, amma yox idi. Düşünmürəm ki, Mançester klubunun işlərinin istədiyimiz kimi getməməsində Poqba günahkardır”.

Poqba bu yay “Mançester Yunayted”dən “Yuventus”a keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button