“Fənərbaxça”dan darmadağın
Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Fənərbaxça” darmadağına sevinib. “Sivasspor” isə “Girəsunspor”u oxşar hesabla məğlub edib.
9 turdan sonra 21 xala malik “Adana Dəmirspor” vahid liderdir. 20 xalı olan “Fənərbaxça” və “Başakşəhər” 2-3-cü pillələri bölüşürlər. “Beşiktaş” 19 xalla dördüncü, “Trabzonspor” 18 xalla altıncı, “Qalatasaray” 17 xalla yeddincidir.
Türkiyə Super Liqası
9-cu tur
14 oktyabr
Alanyaspor – Antalyaspor 3:2
Qol: Koka, 44. Lusamba, 51. Dumbiya, 70 – Rayt, 57; 88.
15 oktyabr
Fatih Karagümrük – Hatayspor 3:0
Qol: Koker, 36. Borini, 45+3. Diaqne, 90+8-pen.
Kasımpaşa – Adana Dəmirspor 1:4
Qol: Bahoken, 56 – Belhanda, 37. Akintola, 40. Onyekuru, 63. Ndiaye, 86.
Kayserispor – Qalatasaray 2:1
Qol: Qavranoviç, 22. O.Bulut, 34 – B.Yılmaz, 86.
Konyaspor – Qaziantep 0:1
Qol: A.Kızıldağ, 85.
16 oktyabr
Başakşəhər – İstanbulspor 2:0
Qol: Ndayişimiye, 26; 78.
Beşiktaş – Trabzonspor 2:2
Qol: Larsen, 29-öz qapısına. C.Tosun, 70 – M.Qomes, 11. Trezeqe, 36.
17 oktyabr
Ankaragücü – Fənərbaxça 0:3
Qol: Batşuayi, 3. İ.C.Kahveci, 25. D.Rossi, 90+2.
Sivasspor – Girəsunspor 3:0
Qol: Yatabare, 35. Saba, 45. H.Arslan, 89.
Bizi Facebook-da izləyin