10 milyard dollar ver, “Mançester Yunayted”i al!
“Mançester Yunayted”in sahibi olan Coel və Avram Qleyzer qardaşları 10 milyard dollarlıq təklif ediləcəyi təqdirdə, komandanın mümkün satışına açıq olduqlarını bildiriblər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Aleks Ferqyusonun “qırmızı şeytanlar”ın baş məşqçisi postundan getməsindən sonra komandanın ciddi uğur qazanmamasına baxmayaraq, amerikalı sahiblər klubu satmaq istəmirlər. Qleyzerlərin 10 milyard dollardan çox təklif alacağı təqdirdə, klubu satmaq üçün danışıqlara girəcəyi gözlənilir.
Belə bir təklif gəlsə və sövdələşmə baş tutsa, o zaman “Mançester Yunayted” dünyanın ən dəyərli idman komandasına çevriləcək.
Qleyzerlər 2005-ci ildə “Mançester Yunayted”i təxminən 800 milyon dollara başa gələn müqavilə ilə alıblar.
Bizi Facebook-da izləyin