“Valensiya” ispan futbolçuya yeni müqavilə təklif edib
“Valensiya” klubu müdafiəçisi Xose Qayanın müqaviləsini uzatmaq üçün danışıqlar aparır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa klubu 27 yaşlı ispaniyalıya 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə təklif edir.
Qaya “Valensiya”nın məzunudur və komandanın kapitanıdır. O, 2022/23 mövsümündə 4 matçda 1 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin