Mövsümün ilk qələbəsi darmadağınla gəldi

İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Lester Siti” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib və bu rəqibini 4 cavabsız qolla məğlub edib. Bu, lesterlilərin cari mövsümdəki ilk qələbəsi olub.

9 turdan sonra 21 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 20 xalla 2-ci, “Tottenhem” 17 xalla 3-cüdür. 4-cü pillədəki “Brayton”un 17, 5-ci yerdə olan “Çelsi”nin 13, növbəti sıradakı “Mançester Yunayted”in 12 xalı var. Hələ ki, uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Liverpul” 10 xalla 9-cudur.

İngiltərə Premyer Liqası
9-cu tur

1 oktyabr

Arsenal – Tottenhem 3:1
Qol
: Partey, 20. Q.Jezus, 49. Caka, 67 – H.Keyn, 31-pen.

Bornmut – Brentford 0:0

Kristal Pelas – Çelsi 1:2
Qol
: Eduard, 7 – Obameyanq, 38. Qallaxer, 90.

Fulhem – Nyukasl 1:4
Qol
: Rid, 88 – Uilson, 11. Almiron, 33; 57. Lonqstaff, 43.

Liverpul – Brayton 3:3
Qol
: Firmino, 33; 54. Uebster, 63-öz qapısına – Trossard, 4; 17; 83.

Sauthempton – Everton 1:2
Qol
: Aribo, 49 – Koadi, 52. Maknil, 54.

Vest Hem – Vulverhempton 2:0
Qol
: Skamakka, 29. Bouen, 54.

2 oktyabr

Mançester Siti – Mançester Yunayted 6:3
Qol
: Foden, 8; 44; 73. Haland, 34; 37; 64 – Antoni, 56. Marsyal, 84; 90+1-pen.

Lids – Aston Villa 0:0

3 oktyabr

Lester Siti – Nottingem Forest 4:0
Qol
: Meddison, 25; 35. Barnes, 27. Daka, 73.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button