“Tezliklə “Qarabağ”dakı formamı bərpa edəcəyəm”
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Xayme Romero İspaniyanın “Kartaxena” komandasına keçidindən danışıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı vinger AS nəşrinə açıqlamasında qısa zamanda komanda yoldaşları ilə eyni səviyyəyə çatacağına inandığını bildirib:
“Ümid edirəm ki, tezliklə “Qarabağ”dakı formamı bərpa edəcəyəm. Yay ərzində çox çalışdım və öz qabiliyyətlərimə arxayınam. Komandada rəqabət çox yüksəkdir. Bu heyətlə istənilən məqsəd üçün mübarizə aparmaq olar”.
Sequnda təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayan ispan futbolçu uzunmüddətli zədədən qayıtmasına baxmayaraq, ona etimad göstərən məşqçilər heyətinə təşəkkür edib:
“Mənim kimi ciddi zədəsi olan oyunçuya etibar etmək asan deyil. “Albasete” risk etmək istəmədi və mən anlayışla qarşıladım. Hazırkı komandama isə mənə dəstək olduğu üçün minnətdaram”.
Xatırladaq ki, Xayme Romero 2019-2022-ci illər aralığında “Qarabağ”ın formasını geyinib.
Bizi Facebook-da izləyin