Braziliya millisinin keçmiş futbolçusu karyerasını bitirdi

Braziliya millisinin və “Çelsi”nin keçmiş futbolçusu Ramires karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə Ramires özü sosial şəbəkə hesabında məlumat verib.

O, 35 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Ramires 2010-2016-cı illərdə “Çelsi”nin formasını geyinib. O, 2009/2010 mövsümündə Portuqaliyada “Benfika”nın şərəfini qoruyub. Yarımmüdafiəçi Braziliya yığmasında 51 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button