Messiyə qazanılması çətin görünən turnir

PSJ-nin hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasındakı hədəflərindən danışıb. 

Komanda.az xəbər verir ki, 35 yaşlı argentinalı, “köhnə dünya”nın əsas turnirində qalib gəlməyin çətin olduğunu deyib:

“Bu, qeyri-adi mövsümdür, çünki ortasında dünya çempionatı olacaq. Amma PSJ-nin əsas məqsədi mümkün qədər uzağa getməkdir. Çempionlar Liqasını qazanmaq çətindir. Hansısa bir səhv sizi turnirdən kənarlaşdırır. Amma biz bu çətin anlara hazırlaşırıq ki, fürsətdən istifadə edə bilək”.

Çempionlar Liqasının qrup mərhələsinin 2 turundan sonra PSJ 6 xal toplayıb və H qrupunun turnir cədvəlinə başçılıq edir.

Oktyabrın 5-də Paris klubu ÇL-in qrup mərhələsinin 3-cü turunun “Benfika” ilə oyununa çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button