“Beşiktaş” və “Trabzonspor” məğlub oldu
Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
“Beşiktaş” doğma meydanda “Başakşəhər”ə uduzub. Son çempion “Trabzonspor” isə səfərdə “Adana Dəmirspor”la bacarmayıb.
6 turdan sonra 14 xala malik “Konyaspor” vahid liderdir. “Başakşəhər”, “Beşiktaş”, “Adana Dəmirspor” və “Qalatasaray”ın isə 13 xalı var. “Fənərbaxça” ilə “Trabzonspor” 10 xal toplaya biliblər.
Türkiyə Super Liqası
6-cı tur
9 sentyabr
Alanyaspor – Ankaragücü 2:1
Qol: Koka, 65. E.Bəkiroğlu, 87 – Y.Gureler, 69.
10 sentyabr
Konyaspor – Hatayspor 1:0
Qol: B.Paz, 66.
Fatih Karagümrük – Girəsunspor 1:1
Qol: Diaqne, 90+2 – Bayiç, 75.
11 sentyabr
Sivasspor – İstanbulspor 1:1
Qol: Ulvestad, 80 – Ethemi, 64.
Qaziantep – Ümraniyəspor 1:1
Qol: Maksim, 59-pen – Mrşiç, 90.
Kasımpaşa – Qalatasaray 2:3
Qol: Bahoken, 16. S.Çiftpınar, 90 – B.Qomis, 20. K.Aktürkoğlu, 50; 69.
Kayserispor – Antalyaspor 1:0
Qol: Tiam, 54.
12 sentyabr
Beşiktaş – Başakşəhər 0:1
Qol: B.Traore, 71.
Adana Dəmirspor – Trabzonspor 3:2
Qol: K.Rodriqes, 10. B.Ndiaye, 55. S.Akaydın, 90+4 – Bakasetas, 36. U.Bozok, 84.
Bizi Facebook-da izləyin