“Milan”da 2 yeni müqavilə
“Milan”ın rəsmi saytı yarımmüdafiəçi Sandro Tonali ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı italiyalı futbolçunun yeni sözləşməsinin vaxtı 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Mətbuatda onun maaşının hər mövsümə 2,8 milyon avro olacağı yazılır.
Tonali 2020-ci ildən “Milan”nın uğurları üçün çalışır.
“Milan” bosniyalı yarımmüdafiəçisi Rade Kruniçlə də müqavilənin müddətini artırıb. 2019-cu ildən bu klubun formasını geyinən futbolçu, yeni sözləşmə ilə 2025-ci ilə qədər İtaliya çempionunun şərəfini qoruyacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin