Novruz Əzimov Moldova klubunun baş məşqçisi təyin olundu

Novruz Əzimov Moldovanın “Dinamo-Avto” komandasının baş məşqçisi təyin edilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tiraspol təmsilçisi ilə müqavilə imzalayan 62 yaşlı mütəxəssis kollektivlə tanış olub.

Sözləşmənin detalları baradə daha sonra ətraflı açıqlama veriləcək.

Əzimov 2011/2012 mövsümündə “Bakı” klubu ilə Azərbaycan kubokunu qazanıb.

“Dinamo-Avto” klubunun idman direktoru vəzifəsində azərbaycanlı Rəsul Allahverdiyev çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button